- Köhnə - Siyasət
- 7 Sentyabr 2017 18:52
- 4 108
Məmmədyarov Macarıstanın yeni səfirini qəbul etdi
Xarici işlər naziri Elmar MəmmədyarovMacarıstanın Azərbaycana yeni təyin olunmuş səfiri Viktor Szederkenini qəbul edib.
Nazirlikdən AzNews.az-a verilən məlumata görə, görüşdə səfir Viktor Szederkeni etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edib.
Səfir Viktor Szederkeni ölkəsinin enerji, nəqliyyat, turizm, mədəniyyət və digər sahələrdə Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edərək diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməcəyini bildirib.
E.Məmmədyarov səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.