- Köhnə - Siyasət
- 7 Sentyabr 2017 22:31
- 4 455
ATƏT PA sədri Azərbaycana gəldi
ATƏT Parlament Assambleyasının (PA) sədri Kristina Muttonen Azərbaycana gəlib.
APA-nın məlumatına görə, qonağı Heydər Əliyev Beynəlxalq Aeroportunda Milli Məclis sədrinin müavini, Milli Məclisin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova qarşılayıb.
Bakıda bir sıra görüşlər keçirməsi nəzərdə tutulur.
Səfər sentyabrın 10-da başa çatacaq.
AzNews.az