Sankt-Peterburqun Frunze rayonunda 20 azərbaycanlının iştirak etdiyi davanın səbəbləri və yaralananların siyahısı açıqlanıb Sankt-Peterburqun Frunze rayonunda 20 azərbaycanlının iştirak etdiyi davanın səbəbləri və yaralananların siyahısı açıqlanıb

Rusiyada yaralanan azərbaycanlılar həmkəndli olub - SİYAHI-YENİLƏNİB

Sankt-Peterburqun Frunze rayonunda 20 azərbaycanlının iştirak etdiyi davanın səbəbləri və yaralananların siyahısı açıqlanıb



"Комсомольская правда"nın yazdığına görə, davada iştirak edənlərin hamısı Azərbycanın bir rayonunun eyni kəndindəndir. Davanın baş verdiyi kafenin yaxınlığında boş gilizlər tapılıb, şahidlər isə güllə səslərini eşitdiklərini bildiriblər.

Hətta həmyerlilərimizin dava zamanı bir-birinin üstünə maşın sürməsi, maşınlara ciddi ziyan vurduğu da bildirilir. Polis və təcili yardım hadisə yerinə 45 dəqiqə sonra gəlib və 4 nəfər dərhal xəstəxanaya yerləşdirilib. Yaxınlıqdan keçənlər arasında da xəsarət alanların olduğu bildirilir.

"Life News isə hadisə iştirakçılarından bir neçəsinin adını açıqlayıb. Siyahıda yaralananların adları yer alıb - Səməndər Tağıyev, Bəhruz Tağıyev, Murquz Atakişiyev, Zəfər Allahverdiyev, Elvin Məmmədov. Davanın biznesdə yaranan problemlər səbəbindən ortaya çıxdığı deyilir.

Qeyd edək ki, davanın baş verdiyi "Чистые пруды" kafesi də həmyerlimiz Sədaqət Manafova məxsusdur.

***
Rusiya KİV-nin məlumatına görə, bu gün axşam saatlarında baş verən davada 15 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin yerli bölməsinin məlumatına görə, hadisə 19.30 radələrində qeydə alınıb. 20 nəfərin iştirak etdiyi davada müxtəlif bədən xəsarəti alan 4 nəfər xəstəxanaya yerləşdirilib. Hadisə yerindən bıçaq, 2 tapança tapılıb. Hadisədə milli motivin olmadığı, bütün iştirakçıların Zaqafqaziya ölkələrinin birindən gəlmələr olduğu vurğulanır. Ancaq onların azərbaycanlı, gürcü yoxsa erməni olduğu açıqlanmayıb. Hadisənin baş verdiyi əraziyə əlavə polis qüvvələri cəlb edilib.

Ancaq "Vesti"regional mətbuata əsasən davada iştirak edənlərin azərbaycanlılar olduğunu vurğulayıb.

Elnarə
AzNews.az