Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqi dövrün reallıqlarını qiymətləndirmə baxımından əhəmiyyətli olduğu kimi, həm də dövlət başçısının qarşıya qoyduğu vəzifələrin icrasını daim nəzarətdə saxladığını göstərir. Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqi dövrün reallıqlarını qiymətləndirmə baxımından əhəmiyyətli olduğu kimi, həm də dövlət başçısının qarşıya qoyduğu vəzifələrin icrasını daim nəzarətdə saxladığını göstərir.

“Azərbaycan iqtisadi inkişafa uğurlu siyasətin nəticəsində nail olub” - Millət vəkili

Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqi dövrün reallıqlarını qiymətləndirmə baxımından əhəmiyyətli olduğu kimi, həm də dövlət başçısının qarşıya qoyduğu vəzifələrin icrasını daim nəzarətdə saxladığını göstərir.

Bunu Trend-ə Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, bir çox layihələrin, proqramların, yol xəritələrinin müvəffəqiyyətlə icra olunduğunu diqqətə çatdıran Prezident İlham Əliyev vacib tapşırıqlar da verdi: “Ən başlıcası qeyri-neft sektorunun, kənd təsərrüfatının inkişaf etdirilməsi, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi, ixracın, sənaye istehsalının artırılması, məşğulluğun təmin olunması, insanların sosial rifahının yaxşılaşdırılması sahəsində verilən tapşırıqlar və qarşıya qoyulan vəzifələr bir daha göstərdi ki, dövlət başçısı iqtisadiyyatın dinamik inkişafında inamlı və israrlıdır”.

Deputat qeyd edib ki, 9 ayın yekunlarına görə qeyri-neft iqtisadiyyatı 2,5 faiz, qeyri-neft sənayesi 3,1 faiz, kənd təsərrüfatı 2,8 faiz artıb: “Xarici ticarət dövriyyəsinin 7 faiz artması, valyuta ehtiyatlarının 42 milyard dollara çatması Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsi kimi qiymətləndirilməlidir”.

AzNews.az