Parlamentdə “qısa şalvarlılar” mövzusu

"Dini Etiqad Azadlığı haqqında" qanunun layihəsinin müzakirəsi zamanı millət vəkili İlham Əliyev qeyri-ənənəvi və təhlükəli sayılan dini cərəyanlara qarşı sərt çıxış edib.

Millət vəkili bildirib ki, bizim dini inancımız var və ona etiqad edirik: "Qısa şalvarlıları, uzun saqqalıları isə cəmiyyətdən təcrid etmək lazımdır. Şəhərə çıxırsan, bunları görürsən, adam nifrət edir. Çalışıb onları ya individual, ya da kompleks şəkildə cəmiyyətdən təcrid etmək lazımdır. Çalışacağıq ki, bu ünsürlər bizim aramızdan çıxarılsın"

İlkin
AzNews.az