- Köhnə - Siyasət
- 31 Oktyabr 2017 00:00
- 3 601
Gürcüstanın baş naziri getdi

Oktyabrın 30-da Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvilinin Azərbaycan Respublikasına səfəri başa çatıb.
AzNews.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Baş nazir Giorgi Kvirikaşvilini hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola saldılar.