- Köhnə - Siyasət
- 2 Noyabr 2017 17:10
- 5 693
Ermənistan dövlət sərhədində təxribat törədib
Noyabrın 2-si saat 12.30 radələrində Tovuz rayonunun Qaralar kəndi Ermənistan Respublikası silahlı qüvvələrinin Berd rayonu ərazisindəki adsız yüksəkliklərdəki mövqelərindən iriçaplı silahlardan atəşə tutulub.
Müdafiə Nazirliyindən AzNews.az-a verilən məlumata görə, təxribatın miqyasının genişlənməməsi məqsədilə Silahlı Qüvvələrimizin bu istiqamətdə yerləşən bölmələri tərəfindən təxirəsalınmaz tədbirlər görülüb.