- Köhnə - Siyasət
- 2 Noyabr 2017 17:15
- 3 915
Azərbaycan, İran, Türkiyə - Üçtərəfli görüş olacaq
Dekabrın 20-də İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana rəsmi səfər edəcək.
AzNews.az Trend-ə istinadən xəbər verir ki, İranın XİN rəhbəri Bakıda azərbaycanlı və türkiyəli həmkarları Elmar Məmmədyarov və Mövlud Çavuşoğlu ilə üçtərəfli görüşdə iştirak etmək üçün səfərə gələcək.
Azərbaycan, İran, Türkiyə üçtərəfli görüşündə regional problemlər və qarşılıqlı münasibətlərin inkişaf perspektivlərinin müzakirə ediləcəyi gözlənilir.