“Xalqımızın əsas düşməni ABŞ-dır” - Xameneyi

İranın ali dini lideri Əli Xameneyi ABŞ-ı İran xalqının əsas düşməni adlandırıb.

AzNews.az APA-ya istinadən xəbər verir ki, bunu Xameneyi tələbələr qarşısında çıxışı zamanı deyib.

“ABŞ-dakı şəxslər qarşısında geri çəkilmə onlara güc verəcək və onları utanmaz edəcək. Ona görə də yeganə yol müqavimətdir”, - deyə o bildirib.

Əli Xameneyi əlavə edib ki, İslam inqilabından sonra ABŞ Tehrana qarşı düşmən mövqeyində dayanıb və hazırda nüvə razılaşmasına xələl gətirmək istəyir.