"ABŞ Azərbaycan və Ermənistan prezidentləri arasında son görüşü dəstəkləyir" - Robert Sekuta

ABŞ Azərbaycan və Ermənistan prezidentləri arasında son görüşü dəstəkləyir və danışıqlar prosesinin yenidən bərpasına sevinir.

AzNews.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta Göyçayda keçirilən 12-ci Nar bayramında jurnalistlərə açıqlamasında deyib.

Sekuta bildirib ki, hazırda ABŞ münaqişə tərəfləri arasında dialoqun davam etdirilməsi məqsədilə yaxın vaxtlarda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün təşkilinə öz dəstəyini göstərir.

Səfir onu da qeyd edib ki, ABŞ həmişəki kimi Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə sadiqdir.

Tural Səftərli,
Bakı - Göyçay.

AzNews.az