- Köhnə - Siyasət
- 5 Noyabr 2017 16:04
- 4 167
Türkiyənin etirazına görə Rusiya geri çəkildi
Rusiya Türkiyənin etirazı ilə əlaqədar noyabrın 18-də təşkil etməyi planlaşdırdığı Suriya Xalqlarının Konqresini təxirə salıb.
AzNews.az NTV-yə istinadən xəbər verir ki, buna səbəb tədbirə PKK terror təşkilatının Suriya qolu PYD-nin dəvət edilməsinə Türkiyənin etirazıdır.
Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib ki, rəsmi etiraza “Kreml”dən müsbət cavab gəlib və tədbir qeyri-müəyyən vaxta təxirə salınıb.