- Köhnə - Siyasət
- 14 Noyabr 2017 21:25
- 7 725
Moskvada Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib
Moskvada səfərdə olan Ermənistanın XİN rəhbəri Eduard Nalbandyan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.
AzNews.az Sputnik-ə istinadən xəbər verir ki, müzakirə zamanı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesi, Vyanada, Sankt-Peterburqda və Cenevrədə keçirilən sammitlərdə əldə olunan razılaşmanın reallaşdırılması, eləcə də Azərbaycan və Ermənistan XİN rəhbərlərinin mümkün görüşü haqda danışılıb.
Görüşdə həmçinin, ATƏT-inin qüvvədə olan sədrinin şəxsi nümayəndəsi Ancey Kasprşik də iştirak edib.