- Köhnə - Siyasət
- 15 Noyabr 2017 15:58
- 4 979
İlham Əliyev sloveniyalı həmkarını təbrik etdi
Prezident İlham Əliyev Sloveniya Respublikasının Prezidenti Borut Pahora təbrik məktubu ünvanlayıb.
AzNews.az xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
Sloveniya Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Sloveniya əlaqələrinin genişlənməsi, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda səylərimizi bundan sonra da davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Sloveniya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram".