- Köhnə - Siyasət
- 15 Noyabr 2017 20:41
- 8 706
Soçidə "Lavrovun planı" müzakirə edilib
Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyip Ərdoğan və Vladimir Putinin Soçidə baş tutan görüşü zamanı Dağlıq Qarabağ münaqişəsi məsələsi xüsusilə diqqət mərkəzində olub.
AzNews.az-ın diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, prezidentlər "Lavrovun planı" kimi tanınan və ilkin mərhələdə Dağlıq Qarabağ ətrafındakı 5 rayonun azad edilməsi planından danışıblar.
Tərəflər həmçinin, bu istiqamətdə münaqişənin nizama salınması məsələsinin müzakirə ediləcəyi ilə bağlı razılığa gəliblər.
Xatırladaq ki, noyabrın 13-də Ərdoğan Putinin dəvətilə Soçiyə gəlib.