Bu gün Moskvada keçirilən “sxodka”da 70 kriminal avtoritet həbs olunub Bu gün Moskvada keçirilən “sxodka”da 70 kriminal avtoritet həbs olunub

Moskvada 70 kriminal avtoritet həbs olundu

Bu gün Moskvada keçirilən “sxodka”da 70 kriminal avtoritet həbs olunub




Bu barədə məlumatı İTAR-TASS yayıb. Məlumata görə, şəhər hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyat zamanı həbs olunanların adları açıqlamır.

Ancaq paytaxt polisi yaydığı açıqlamada onların Rusiya və ayri-ayrı MDB ölkələrindən olduğunu vurğulayıb. Kriminal avtoritetlər arasında azərbaycanlıların da olduğu istisna edilmir. Saxlananlar əl izlərini götürülməsi üçün polis idarələrinə aparılıb.

Həbs olunanlar arasında bu ilin yanvarında Moskvada öldürülən Ded Xasanın 55 yaşlı qohumu Timuri Mirzoyev də var. "Sxodka"nın Ded Xasanın qırxı münasibətilə keçiirldiy xəbər verilir. Qeyd olunur ki, saxlananlar bu həftə ərzində BƏƏ-də 300 "qanuni oğru"nun iştirakı ilə keçiriləcək "sxodka"ya hazırlıq görürmüş.

Qeyd edək ki, bir müddət öncə də Moskvada iki "sxodka"da aralarında çox sayda azərbaycanlının olduğu 100-ə yaxın kriminal avtoritet həbs olunmuşdu.

Elnarə
AzNews.az