“Qarabağ faciəsinin ilk günlərindən Azərbaycanın yanındayıq”

“Dağlıq Qarabağ faciəsinin ilk günlərindən əfqan xalqı Azərbaycanın yanında olub”.

APA-nın məlumatına görə, bunu Əfqanıstanın Azərbaycandakı səfiri Məhəmməd Taqi Xəlili keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Əfqanıstan bu təcavüzə qarşı BMT və digər platformalarda səsini ucaldıb: "Biz hökumət terroruna qarşıyıq və terrorun bütün təzahürlərini pisləyirik. Azərbaycanın yanındayıq. Dağlıq Qarabağ məsələsində islam ölkələri də Azərbaycana dəstəyini davam etdirəcək".

AzNews.az