- Köhnə - Siyasət
- 27 Noyabr 2017 13:15
- 5 011
Prezident Giorgi Marqvelaşviliyə başsağlığı verdi
Prezident İlham Əliyev Gürcüstanın prezidenti Giorgi Marqvelaşviliyə başsağlığı verib.
AzNews.az xəbər verir ki, başsağlığında deyilir:
"Hörmətli cənab Prezident,
Batumi şəhərində mehmanxanada baş vermiş yanğın nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən son dərəcə kədərləndim.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Gürcüstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".