- Köhnə - Siyasət
- 28 Noyabr 2017 13:35
- 3 005
Türkiyənin xarici işlər naziri Azərbaycana gələcək
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu noyabrın 30-da Azərbaycana səfər edəcək.
Trend-in məlumatına görə, bu barədə diplomatik mənbələr məlumat verir. M.Çavuşoğlu səfəri zamanı Azərbaycan, Türkiyə, Pakistan XİN rəhbərlərinin üçtərəfli görüşündə iştirak edəcək.
Bundan başqa, nazir 30 noyabr – 1 dekabr tarixlərində Bakıda keçiriləcək “Asiyanın ürəyi – İstanbul prosesi” yeddinci nazirlər toplantısında iştirak edəcək.
AzNews.az