- Köhnə - Siyasət
- 29 Noyabr 2017 13:17
- 5 245
Nazirlərin üçtərəfli görüşü olacaq
Noyabrın 30-da Bakıda Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Azərbaycan, Türkiyə və Pakistanın xarici işlər nazirləri Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Havaca Məhəmməd Asifin iştirakı ilə Azərbaycan-Türkiyə-Pakistan xarici işlər nazirlərinin birinci üçtərəfli görüşü keçiriləcək.
Görüşdən sonra nazirlərin birgə mətbuat konfransı nəzərdə tutulur.