- Köhnə - Siyasət
- 29 Noyabr 2017 14:19
- 5 713
“Ermənistan "xərçəng sunamisi" yayır” - Deputat
İranlı deputat Ermənistanı Arazı çirkləndirməkdə ittiham edib.
Trend-in məlumatına görə, bu gün İran parlamentinin iclasında çıxış edən millət vəkili Şəkur Purhüseyn Ermənistanın Araz çayını çirkləndirdiyini bildirib.
O qeyd edib ki, bu fakt Ərdəbil vilayətinin Muğan bölgəsində xərçəng xəstəliyinin artmasına səbəb olub.
Deputat bu acınacaqlı halı "xərçəng sunamisi" adlandırıb.
AzNews.az