Çavuşoğlu həmsədrlərlə görüşdü

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa), Endrü Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb.

AzNews.az xəbər verir ki, bu barədə M. Çavuşoğlu şəxsi “Twitter” səhifəsində yazıb.

"Həmsədrlərlə Ankarada görüşdüm və Türkiyənin Minsk qrupuna dəstəyini bir daha qeyd etdim", - deyə M. Çavuşoğlu qeyd edib.

AzNews.az