İlham Əliyev Türkmənistanla ikitərəfli sənədləri təsdiq edib

Prezident İlham Əliyev Azərbaycan Hökuməti ilə Türkmənistan Hökuməti arasında müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

AzNews.az xəbər verir ki, saziş 2017-ci il avqustun 8-də Bakıda imzalanıb.

Müəllif Hüquqları Agentliyinə Saziş qüvvəyə mindikdən sonra onun müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.

Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkmənistan Hökumətinə bildiriş göndərməlidir.