Azərbaycan Prezidenti İlham Əliyev hər zaman olduğu kimi Bakıda keçirilən “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda VII nazirlər konfransında çıxışı zamanı da ən ağrılı problemimiz olan və bu günə kimi Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından həllini tapmayan Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri bəyan etdi. Azərbaycan Prezidenti İlham Əliyev hər zaman olduğu kimi Bakıda keçirilən “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda VII nazirlər konfransında çıxışı zamanı da ən ağrılı problemimiz olan və bu günə kimi Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından həllini tapmayan Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri bəyan etdi.

"Prezidentin bu məsələləri qaldırması böyük siyasi məna kəsb edir” - Millət vəkili

Azərbaycan Prezidenti İlham Əliyev hər zaman olduğu kimi Bakıda keçirilən “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda VII nazirlər konfransında çıxışı zamanı da ən ağrılı problemimiz olan və bu günə kimi Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından həllini tapmayan Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri bəyan etdi.

Bunu Trend-ə Milli Məclisin deputatı Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, bu gün Ermənistanın işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri var: “Amma onlar işlək vəziyyətdə deyil, Ermənistan olnara məhəl qoymur, öz təcavüzkar siyasətini davam etdirir. Təəssüf ki, beynəlxalq birlik də bu məsələdə ikili standartlar siyasətindən əl çəkmir. Bunun ən böyük təhlükəsi ondadır ki, belə olan vəziyyətdə Ermənistanda arxayınçılıq sindiromu daha da möhkəmlənir və belə bir illüziya yaranır ki, cinayəti törətmək, təcavüz etmək olar, lakin buna görə cəzalandırılmayacaqsan. Cənab Prezident hər zaman bu məsələlərə ən yüksək kürsülərdən diqqət cəlb edir”.

Deputat qeyd edib ki, nə qədər ki, beynəlxalq birlik bu məsələlərdə belə ikili davranış siyasətini həyata keçirəcək, bir o qədər problemin həlli imkanları məhdudlaşacaq: “Bu problemin əsl mahiyyətini, Ermənistanın işğalçılıq siyasətinin ağır nəticələrini Azərbaycan Prezidenti növbəti dəfə bu tədbirdə qeyd etdi və hesab edirəm ki, bu tədbirin bizim üçün əhəmiyyəti onunla bağlıdır ki, həm Asiyada, həm Avropada, eləcə də Amerikada və digər qitələrdə Azərbaycan həqiqətlərinin yayılması üçün yaxşı imkanlar yaranır. Azərbaycan Prezidenti bütün imkanlardan maksimum yararlanır ki, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırsın. Bu baxımdan bu tədbirdə də Prezidentin bu məsələləri qaldırması böyük siyasi məna kəsb edir”.

Qeyd edək ki, “Asiyanın Qəlbi - İstanbul Prosesi”ndə iştirak edən dövlətlər və təşkilatlar sırasına Əfqanıstan İslam Respublikası, Azərbaycan Respublikası, Çin Xalq Respublikası, Hindistan Respublikası, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğız Respublikası, Pakistan İslam Respublikası, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı Krallığı, Tacikistan Respublikası, Türkiyə Respublikası, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri və Birləşmiş Millətlər Təşkilatı daxildir. Bu proses çoxsaylı digər dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən də dəstəklənir. Regional sülh, sabitlik və çiçəklənməyə töhfə vermək əzminə və Əfqanıstanla ənənəvi dostluq əlaqələrinə malik olan Azərbaycan 2012-ci ildə “Asiyanın Qəlbi - İstanbul Prosesi”nə qoşulub.

AzNews.az