20 aylıq tövbə və anlaşılmaz arqumentlər

Gələn il Azərbaycan Silahlı Qüvvələrinin aprel qələbəsinin iki ili tamam olacaq.

AzNews.az xəbər verir ki, aprel müharibəsi nəticəsində Tərtər rayonundakı strateji yüksəkliklər, "Lələ Təpə" yüksəkliyi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, erməni işğalı altında olan Madagiz və Gülüstan kəndlərinə gedən yol azad olundu.

Dəqiqliklə desək, həmin vaxtdan 20 ay ötüb. İrəvan öz ərazi və insan itkilərini azaltmağa çalışsa da, ölkə ictimaiyyəti qarşısında bəraət qazanmağa çalışır.

Belə ki, "Joxovurd" qəzetinə müsahibəsində Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi Movses Akopyan ziddiyyətli bəyanatlarla çıxış edib. O, "Lələ Təpə"ni xirda itki adlandırıb, hansı ki, 1994-cü ilin qışında erməni hərbi komandirləri və əsgərləri onun uğrunda qəzəblə döyüşürdülər (erməni mənbələrinə görə, həmin vaxt 400 erməni hərbi qulluqçusu həlak olmuşdu).

Akopyanın sözlərinə görə, itirilmiş mövqeləri hər zaman geri qaytarmaq olar, lakin buna ehtiyac yoxdur.

"Bu gün xırda məsələləri əsgərin həyatı bahasına həll etmək və vəziyyəti gərginləşdirmək məqsədəuyğun deyil", - o, deyib.

Akopyanın ardınca məşhur təxribatçı-politoloq Qrant Məlik-Şahnzaryan erməni mediasına bəyan edib ki, Azərbaycanın hərbi əməliyyatları bərpa etmək üçün potensialı yoxdur.

Azərbaycan Milli Məclisinin təhlükəsizlik və müdafiə məsələləri üzrə komitəsinin üzvü Zahid Oruc Novosti.az-a müsahibəsində deyib ki, bu cür bəyanatlar zaman-zaman informasiya məkanına atılır. Məqsəd indiki rəhbərliyin simasını qoruyub saxlamaqdır ki, hakimiyyət də məhz Qarabağ platformasının üzərində dayanır. Onların digər cəlbedici sosial və iqtisadi ideyaları yoxdur.

"Məlik-Şahnazaryan münaqişənin həlli ilə bağlı olmayan heç nə demir, o, əvvəlki təxribatçı mövqeyindən heç vaxt geri dönməyib. 2016-cı ilin aprel hadisələrinə qədər Məlik-Şahnazaryan tipli təbliğatçılar erməni ordusunun "zəfər gücü"ndən dəm vururdu. Eyni zamanda, Azərbaycanda Silahlı Qüvvələrinin imkanları kiçildilir, ərazilərin işğalına siyasi-hüquqi cəhətdən don geyindirilirdi. Мелик-Шахназарян известен в пространстве идеологической политической мысли своей Bu səbəbdən "4 günlük müharibə" ermənilər üçün gözlənilməz oldu. İndiyə qədər İrəvanda heç kim ictimaiyyət qarşısında özünə bəraət qazandıra bilməyib. Buna baxmayaraq, onlar ölkədəki siyasi xaos fonunda hansısa qanunauyğun arqument tapa bilərdilər. Müdafiə Nazirliyindəki korrupsiya, təmas xəttində resursların çatışmazlığı, hərbi xidmətin mənəvi çətinlikləri fonunda hansısa bəyanat verə bilərdilər", - Zahid Oruc belə deyib.

Deputat qeyd edib ki, Birinci Qarabağ müharibəsində Ermənistan hərbi hakimiyyətində yüksək çinli postları tutan komandirlər aprel döyüşləri nəticəsində öz postlarından məhrum oldular və "qara pulların dövriyyəsi"ni əldən verdilər.

"Belə geniş təmizlənmə əvvəlki illərdə olmamışdı. Sual olunur ki, əgər Azərbaycan tərəfinin hərbi potensialı yoxdursa, niyə Sarkisyan onların başından "vurur", - Zahid Oruc əlavə edib.

Deputat qeyd edir ki, aprel döyüşləri vaxtı Sarkisyan Almaniyada Merkellə görüşündə etiraf etdi ki, erməni silahlı qüvvələri köhnə silahlardan istifadə edir, yalnız bundan sonra İrəvanın beynəlxalq hərbi əməkdaşlığı güclənməyə başladı, münaqişə zonasında sülhü təmin etmək üçün "İskəndər" raketləri yerləşdirildi, baxmayaraq ki, bu raketlər Ermənistana məxsus deyil.

"Əslində isə Ermənistan Azərbaycanın hərbi potensialından xəbərdardır. Aprel döyüşlərində Bakı öz hərbi gücünü nümayiş etdirmək imkanı əldə etdi. Bunu beynəlxaql hərbi mütəxəssislər də təsdiq edir. Məhz bu səbəbdən ermənilər öz sosial-iqtisadi xərclərini tank və güllələrin xeyrinə azaltmağa başladı", - millət vəkili deyir.

Zahid Orucun sözlərinə görə, 90-cı illərin əvvəllərində ola bilər ki, hərbi potensial zəif idi, məlum bəyanatlar o vaxt effekt verə bilərdi, lakin bu gün erməni əsgəri şaxtalı hava şəraitində yoxsulluq altında fəaliyyət göstərirsə, bu təxribatçı bəyanatlar da birbaşa özlərinə şamil olunur.

Parlamentari əlavə edib ki, Dağlıq Qarabağda təmas xəttində geniş əməliyyatların aparılmaması məhz beynəlxalq qüvvələrin maraqlarına xidmət edir.

Zahid Oruc Ermənistanda parlament idarəçiliyinə keçidi də aprel döyüşləri ilə əlaqələndirir. 10 gün ərzində - martın 1-dən 10-a qədər - Ermənistan parlamenti yeni prezidenti seçməlidir, onun səlahiyyətləri azaldılacaq, ölkəni baş nazir idarə edəcək.

"Erməni elitası Qarabağ müharibəsinin nəticələrinə uyğun formalaşır, Azərbaycanda olduğu kimi siyasi mübarizə və demokratik islahatlar nəticəsində yox. Hərbi komandirlər Köçəryan, Sarkisyan Qarabağ müharibəsində bilavasitə iştirak etməklə gündəmə gələ bildilər, lakin indi qalib obrazı yoxdur, Sarkisyan da öz xalqının gözündə müsbət obrazda deyil. Parlament idarəçiliyinə keçid isə onun hakimiyyətini qoruyub saxlamaqdan ibarətdir, bu dəfə isə baş nazir şəklində. Buna baxmayaraq, Ermənistanda siyasi sistem hər zaman tənəzzülə uğraya bilər, bunu dərk edən siyasi elita da saxta informasiya təbliğatı apararaq gündəmi dəyişmək istəyir", - deputat fikrini ifadə edib.