- Qərb
- 12:05
- 2 130
ABŞ Floridada hipersəs raket sınağı keçirib
ABŞ-nin Florida ştatında yerləşən Kanaveral burnunda naməlum raketin sınağı keçirilib.
“Florida Today” portalının məlumatına görə, buraxılış Atlantik okeanı istiqamətində həyata keçirilib.
Bildirilir ki, sınaqdan keçirilən raketin hipersəs silahı ola biləcəyi ehtimal edilir.
Hadisə ilə bağlı ABŞ hakimiyyəti və ya hərbi qurumlar tərəfindən hələlik rəsmi açıqlama verilməyib.
Mövsüm,
AzNews.az