- Köhnə - Siyasət
- 3 Yanvar 2018 15:32
- 3 672
“İran və Azərbaycanın güclü münasibətləri var”: Birinci vitse-prezident

Bunu İranın Birinci vitse-prezidenti İshaq Cahangiri deyib.
Trend-in IRNA-ya istinadən verdiyi məlumata görə, Ərdəbil əyalətində yerli toplantıda çıxış edən İ.Cahangiri bildirib ki, qonşu ölkələrlə əlaqələrin genişləndirilməsi İranın əsas prioritetidir.
Əyalətin Azərbaycanla sərhəddə olduğunu vurğulayan vitse-prezident qeyd edib ki, Ərdəbil bu imkandan Azərbaycanla əlaqələrin möhkəmləndirilməsi üçün yararlana bilər.
O əlavə edib ki, İran zəngin təbii ehtiyatları, ixtisaslaşmış işçiləri, həmçinin sərfəli coğrafi mövqeyi daxil olmaqla nəhəng potensiala malikdir.
AzNews.az