- Köhnə - Siyasət
- 25 Yanvar 2018 15:51
- 5 252
Suriyadan yeni Afrin açıqlaması
BBC telekanalına müsahibə verən Əsəd rejiminin xarici işlər nazirinin müavini Faisal Mekdad “Zeytun budağı” əməliyyatını "işğal" kimi qiymətləndirib.
AzNews.az xəbər verir ki, Mekdad, əməliyyatın Suriyanın suverenliyini açıq şəkildə pozduğunu və işğal olduğunu bəyan edib.
Mekdad BBC müxbirinin 'Əməliyyata hərbi yolla cavab verəcəksinizmi?' sualına cavabında, "Biz birbaşa və ya dolayısı ilə cavab veririk" deyib.