- Köhnə - Siyasət
- 27 Yanvar 2018 15:34
- 4 166
Çavuşoğludan ABŞ-a cavab - “Konkret addımlar gözləyirik”
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın və ABŞ-ın milli təhlükəsizlik müşaviri H.R. Makmasterin görüşündən sonra onun fikirlərinə münasibət bildirib.
AzNews.az xəbər verir ki, Çavuşoğlu bildirib ki, Makmasterin bəyanatı Trampın sözlərini təsdiqləyir:
"Sözdən çox konkret bir addım gözləyirik".
Çavuşoğlu Afrinə yönələn “Zeytun budağı” əməliyyatının nə vaxt bitəcəyinə dair suala "Terrorizmlə mübarizə aparırsınızsa, terrorçular bitənə qədər mübarizə aparmağa davam edəcəksiniz" deyərək cavab verib.