- Köhnə - Siyasət
- 29 Yanvar 2018 16:20
- 3 539
İlham Əliyev BƏƏ prezidentinə başsağlığı verdi
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyana anasının vəfatı ilə əlaqədar başsağlığı verib.
AzNews.az-ın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:
“Əlahəzrət, ananız Şeyxa Hassa bint Məhəmməd Al Nəhyanın vəfatı xəbərindən olduqca kədərləndim. Bu ağır itki ilə əlaqədar Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!”.