Siyavuş Novruzov prezidentdən xahiş etdi - Amnistiya aktı ilə bağlı

“Bu il Heydər Əliyevin anadan olmasının 95 illiyidir. Bu gün qeyd edilməlidir”.

“Report”un xəbərinə görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

O xatırladıb ki, indiyə qədər Azərbaycanda 63 əfv fərmanı və sərəncamı imzalanıb, 11 amnistisaya qərarı verirlib.
S.Novruzov Prezident İlham Əliyevə müraciət edərək növbəti amnistiya aktının qəbul edilməsinı xahiş edib. O qeyd edib ki, bu il həm ümumilli lider Heydər Əliyevin 95 illiyi, Azərbaycan Xalq Cümhurriyyətinin 100 illik ildönümdür.

AzNews.az