- Köhnə - Siyasət
- 1 Fevral 2018 13:34
- 6 295
Spikerdən deputatlara irad - “Gündəlik kənarda qalır”
Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov deputatlara irad bildirib.
AzNews.az “Report”a istinadən xəbər verir ki, O.Əsədov deyib ki, bugünkü iclasda hər bir deputat gündəlikdən bir dəqiqə danışıb, müzakirələrə isə 9 dəqiqə vaxt ayırıb. Spiker bunun düzgün olmadığını bildirib: “Heç olmasa, gündəliyə aid olan məsələlərdən danışaq. Hər məsələni qaldırırıq, gündəlik kənarda qalır”.