- Köhnə - Siyasət
- 1 Fevral 2018 18:40
- 5 208
Qazaxıstan parlamentinin spikeri Azərbaycana gəlib
Qazaxıstan parlamenti Məclisinin sədri Nurlan Niqmatulinin Bakıya rəsmi səfəri başlayıb.
AzNews.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq HavaLimanında qonağı Azərbaycan Milli Məclisinin I vitse-spikeri Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılayıb.
Fevralın 2-dək davam edəcək səfər zamanı N. Niqmatulin Milli Məclisin spikeri Oqtay Əsədov və digər rəsmi şəxslərlə görüşəcək. Səfər çərçivəsində o, Bakıda yerləşən Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) Katibliyini də ziyarət edəcək.