- Köhnə - Siyasət
- 1 Fevral 2018 18:51
- 5 551
Həmsədrlər fevralın 3-də Azərbaycana gələcək
ATƏT-in Minsk qrupunun həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popovun (Rusiya) regiona səfərlərinin dəqiq tarixi məlum olub.
AzNews.az Apa-ya istinadən xəbər verir ki, vasitəçilərin regiona səfəri Azərbaycandan başlanacaq.
Onlar fevralın 3-də Bakıya gələcəklər.
Fevralın 4-də həmsədrlərin Azərbaycan rəsmiləri ilə görüşləri nəzərdə tutulur.
Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar aparılacaq.
Vasitəçilər Bakıdan İrəvana yollanacaq, orada Ermənistan rəhbərliyi ilə görüşəcəklər.