Prezidentin seçki vaxtını dəyişmək səlahiyyəti var - Deputat

“Seçkinin vaxtının dəyişdirilməsi ilə bağlı Prezidentin səlahiyyəti var”.

Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli, Prezident İlham Əliyevin Azərbaycanda növbədənkənar Prezident seçkilərinin keçirilməsi haqqında Sərəncamını şərh edərkən deyib.

“Həmin ölkə və həmin xalqıq, heç nə dəyişməyib. Namizədlər də bəlli olacaq. Burada təəccüblü heç nə görmürəm. İlham Əliyev oktyabra kimi qanuni şəkildə prezident idi. İndi isə seçki 6 ay əvvələ çəkilib”.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar Prezident seçkilərinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-də keçirilməsi nəzərdə tutulur.

Bahar RÜSTƏMLİ
AzNews.az