- Köhnə - Siyasət
- 6 Fevral 2018 09:35
- 5 456
AŞPA həmməruzəçiləri Azərbaycana səfər edəcəklər
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçiləri tezliklə Azərbaycana faktaraşdırıcı səfər etməyi planlaşdırırlar.
Trend-in məlumatına görə, bu barədə AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak özünün "Twitter" səhifəsində yazıb.
S.Şennak qeyd edib: “Novruz yaxınlaşır, həmçinin seçkilər və Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubiley tarixi yaxınlaşır. Biz çoxlu sayda məhbusun azad ediləcəyinə ümid edirik”.
AzNews.az