ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bakıya gəlib

ATƏT-in Minsk qrupunun fransalı həmsədri Stefan Viskonti Bakıya gəlib.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bu gün rusiyalı həmsədr İqor Popovun da səfər edəcəyi gözlənilir.

Minsk qrupunun həmsədrləri Endryu Şefer (ABŞ), S.Viskonti və İ.Popovun Bakıda rəsmilərlə görüşü fevralın 7-nə planlaşdırılıb.