- Köhnə - Siyasət
- 7 Fevral 2018 14:59
- 5 067
“ABŞ Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir”
ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasını tamamilə dəstəkləyir.
Trend-in məlumatına görə, bunu Birləşmiş Ştatların dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisinin müavini Bricit Brinki Bakıda mətbuat konfransında deyib.
B.Brinki qeyd edib: "Münaqişə 20 ildən çoxdur ki davam edir. Bu, böyük müddətdir. Bildiyiniz kimi, ATƏT-in Minsk qrupunun həmsədrləri bu məsələni müzakirə etmək üçün Bakıdadırlar".
O bildirib ki, ABŞ münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır və bunun üçün tam dəstək göstərir.
AzNews.az