Ermənistan-Türkiyə protokolları ləğv edilib.

Ermənistan prezidenti Serj Sərkisyan 2009-cu ildə Türkiyə ilə münasibətlərin normallaşması üçün imzaladığı protokolu ləğv edib.

AzNews.az xəbər verir ki,bunu Ermənistan prezidenti Serj Sarkisyan Milli Təhlükəsizlik Şurasının iclasında bəyan edib.

Qeyd edək ki, sözügedən sənədlər 2009-cu ilin oktyabr ayında Sürixdə Ermənistan və Türkiyə xarici işlər nazirləri tərəfindən imzalanıb. İmzalanma mərasimində ABŞ dövlət katibi, Rusiya və Fransa xarici işlər nazirləri iştirak ediblər.

2010-cu ilin aprelində Ermənistanın hakim koalisiyası protokolların ratifikasiyası prosesinin dayandırılması haqqında qərar qəbul edib. Bu haqda Türkiyə tərəfi məlumatlandırılıb.

2015-ci ilin fevral ayının 16-da S. Sarkisyan protokolları Ermənistan parlamentindən geri çəkib.