Putin Azərbaycan prezidentinə başsağlığı verdi

Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı verib.

AzNews.az-ın Kremlin saytına istinadən məlumatına görə, başsağlığında bildirilir:

"Hörmətli İlham Heydər oğlu,

Bakıda yerləşən Respublika Narkoloji Mərkəzində baş verən faciəli yanğınla bağlı dərin hüznlə başsağlığımı qəbul edin. Həlak olanların ailələrinin kədərini bölüşür, xəsarət alanların tezliklə sağalmalarını arzulayıram.

Hörmətlə,
Vladimir Putin".