Rusiya paytaxtında Müstəqil Dövlətlər Birliyinin (MDB) İqtisadi Şurasının 77-ci iclası keçirilib Rusiya paytaxtında Müstəqil Dövlətlər Birliyinin (MDB) İqtisadi Şurasının 77-ci iclası keçirilib

Baş nazirin müavini MDB-nin iclasında iştirak edib - Foto

Rusiya paytaxtında Müstəqil Dövlətlər Birliyinin (MDB) İqtisadi Şurasının 77-ci iclası keçirilib

iclasda Azərbaycanı baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib.

İclasın gündəliyinə MDB ölkələrinin iqtisadiyyat sahəsində qarşılıqlı fəaliyyəti ilə bağlı bir sıra məsələlər daxil edilib. İştirakçılar MDBHökumət Başçıları Şurasının müzakirəsinə təqdim ediləcək bir sıra sənədlərin layihələrini təsdiqləyiblər. Bura birlik dövlətlərinin intellektual mülkiyyət bazarının formalaşması və inkişafı haqqında Saziş, Dövlətlərarası standartlaşdırmaya aid sənədlərin yayılması haqqında Saziş, Energetikanın innovasiyalı inkişafı və qabaqcıl energetika texnologiyalarının işlənib hazırlanması sahəsində MDBölkələrinin əməkdaşlığı Konsepsiyasının və bu konsepsiyanın reallaşdırılması ilə bağlı Təxirəsalınmaz Tədbirlər Planı, habelə 2025-ci ilə qədər olan dövr üçün quduzluğun profilaktikası və ona qarşı mübarizə sahəsində MDB ölkələrinin birgə fəaliyyəti layihələri daxildir.

İqtisadi Şura xidmətlərin azad ticarəti barədə Sazişin layihəsi üzərində işi davam etdirmək üçün MDB ölkələrinin iqtisadiyyat nazirlərindən və ya nazir müavinlərindən ibarət yüksək səviyyəli işçi qrup yaradılmasını qərara alıb və 2018-ci il üçün həmin qrupun iclaslarının qrafikini təsdiq edib.

İqtisadi Şuranın qərarı ilə Rusiya Federal Nüvə və Radiasiya Təhlükəsizliyi Mərkəzinə MDB iştirakçıları olan dövlətlərin işlənmiş nüvə yanacağı, radioaktiv tullantılarla davranış və nüvə-radiasiya təhlükəli obyektlərin istismardan çıxarılması məsələləri üzrə baza təşkilatı statusu verilib.

Bundan başqa, iclasda bir sıra büdcə-maliyyə məsələləri və təşkilati məsələlər də müzakirə olunub.

MDB İqtisadi Şurasının növbəti iclasını bu ilin iyun ayında Moskvada keçirmək qərara alınıb.