"Qarşıda duran vacib vəzifələrdən biri yanğının səbəblərini araşdırmaqdır. Aidiyyəti qurumlar – Fövqəladə Hallar Nazirliyi, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən ilkin səbəb kimi elektrik naqillərində baş verən qısaqapanma versiyası irəli sürülüb" "Qarşıda duran vacib vəzifələrdən biri yanğının səbəblərini araşdırmaqdır. Aidiyyəti qurumlar – Fövqəladə Hallar Nazirliyi, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən ilkin səbəb kimi elektrik naqillərində baş verən qısaqapanma versiyası irəli sürülüb"

“Əgər günahkarlar varsa, onlar cəzalandırılacaq” - Abid Şərifov

"Qarşıda duran vacib vəzifələrdən biri yanğının səbəblərini araşdırmaqdır. Aidiyyəti qurumlar – Fövqəladə Hallar Nazirliyi, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən ilkin səbəb kimi elektrik naqillərində baş verən qısaqapanma versiyası irəli sürülüb"

AzVision.az xəbər verir ki, bunu baş nazirin müavini, Narkoloji Mərkəzdə baş vermiş yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının sədri Abid Şərifov deyib.

Baş nazirin müavini qeyd edib ki, yanğınla bağlı digər versiyalar da araşdırılır. A.Şərifovun sözlərinə görə, hadisənin baş verməsində əgər günahkarlar varsa, onlar cəzalandırılacaq:

"Cənab Prezidentin tapşırığına uyğun olaraq, görülən işlərlə əlaqədar mən daim məlumat verəcəyəm. Bütün bu məsələlərlə əlaqədar konkret təkliflər hazırlayacağıq. Yanğının səbəbləri araşdırılacaq və əgər günahkarlar varsa cəzalandırılacaq. Artıq Baş Prokurorluq, Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri tərəfindən birgə araşdırmalar aparılır. Mən Komissiyanın bugünkü iclasında aidiyyəti qurumlardan – Səhiyyə Nazirliyindən və BakıŞəhər İcra Hakimiyyətindən xahiş etdim ki, müvafiq araşdırmalar başa çatdırıldıqdan sonra həmin bina tamamilə sökülsün və ərazidə lazımi abadlıq işləri aparılsın. Hazırda Narkoloji Mərkəzdə müalicə alan insanların yerləşdirilməsi məsələsinə gəldikdə, - Prezidentin Sərəncamı ilə tanışsınız, - Sabunçu rayonunun ərazisində yeni mərkəz tikilir. Bu mərkəzin tikintisinə bir neçə il əvvəl başlanılıb. Prezident İlham Əliyev tərəfindən təsdiq olunan investisiya proqramında yeni mərkəzin tikintisinin tamamlanması üçün 5,3 milyon manat vəsait ayrılıb. Səhiyyə Nazirliyinin məlumatına görə, bu müalicə müəssisəsinin may ayınadək istifadəyə verilməsi nəzərdə tutulur. Yeni Narkoloji Mərkəz hazır olana qədər xəstələrin müalicəsi hazırkı mərkəzin digər korpuslarında davam etdiriləcək".

AzNews.az