"Azərbaycan prezidenti ilin birinci yarısında, təxminən may-iyun aylarında Belarusa səfər edəcək". "Azərbaycan prezidenti ilin birinci yarısında, təxminən may-iyun aylarında Belarusa səfər edəcək".

İlham Əliyev Belarusa gedəcək

"Azərbaycan prezidenti ilin birinci yarısında, təxminən may-iyun aylarında Belarusa səfər edəcək".

APA-nın xəbərinə görə, bunu Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç deyib.

O bildirib ki, səfər zamanı iki ölkə arasında müxtəlif sahələri əhatə edən 7-10 rəsmi sənədin imzalanması gözlənilir. Sazişlər yüksək texnologiyalar, kənd təsərrüfatı, birja sahəsində əməkdaşlıq və digər sahələrə aid olacaq.

Səfəri tarixi diplomatik kanallarla dəqiqləşdirilir.

AzNews.az