Onlar kənar təhriklərlə dövlət çevrilişinə hazırlaşdıqlarını deyiblər Onlar kənar təhriklərlə dövlət çevrilişinə hazırlaşdıqlarını deyiblər

Həbs olunan gənclər ŞOK açıqlamalar verdi - Video

Onlar kənar təhriklərlə dövlət çevrilişinə hazırlaşdıqlarını deyiblər



Son günlərdə həbs olunan və MTN-də saxlanılan NİDA hərəkatının üzvlərini 9 martda "Space" telekanalına çıxarıblar.

Həbs olunan NİDA-çı gənclər gənclər - Şahin Novruzlu, Bəxtiyar Quliyev, Məhəmməd Əzizov istintaqa verdikləri ifadələrində onlara qarşı irəli sürülən ittihamları etiraf ediblər və "özünüifşa" janrında açıqlamalar veriblər. Onlar hazırda həbsdə olmayan bir sıra tanınmış gənclərin də adlarını çəkiblər.

Eyni zamanda, gənclər deyiblər ki, kənar təhriklərlə dövlət çevrilişinə hazırlaşırlar. Onlar bildiriblər ki, mübarizənin əski metodlarını köhnəlmiş hesab edirlər, bu səbəbdən də yeni metodlara əl atmaq istəyiblər. Bu səbəbdən də "Molotov kokteyl"ləri hazırlamağı öyrəniblər və bunu da internetdə, facebook səhifələrində yayıblar. Həbs olunan 3 gənc ifadə verib ki, onlar tapılan narkotikləri aksiya iştirakçılarına verəcəkmişlər ki, "ürəkli olsunlar". NİDA-çılar Şahin Novruzlu, Bəxtiyar Quliyev, Məhəmməd Əzizov deyiblər ki, bütün bunlara NİDA hərəkatının idarə heyəti qərar verib. "Space"dəki tele-ifadədə idarə heyətinin üzvlərinin adları çəkilib.

ANS-in hazırladığı süjetdə gənc fəal Məmməd Əzizov bildirib ki, onlara olunan təklif əsasında Misirdə kütləvi iğtişaşlarında da geniş yayılan Molotov kokteylindən istifadə etmək , ehtiyac yaradığı halda isə barrikadalar qurmaq, Bəxtiyar Quliyev isə hazırlanan partlayıcı maddədən polislərə qarşı istifadə etməklə xaos yaratmaq niyyətində olduqlarını deyiblər.

Xatırladaq ki, Bəxtiyar Quliyev və Şahin Novruzlu CM-in 234.1 qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri , Məmməd Əzizov isə həmin məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulub.

Qeyd edək ki, həmin gənclər martın 10-da "Əsgər ölümünə yox!" şüarı ilə keçiriləcək etiraz aksiyasından 3 gün öncə saxlanıb. İctimai fəallar hərbi hissələrdə əsgərlərin qeyri-döyüş itkisinə etiraz edir, günahkarların cəzalandırılmasını tələb edirlər.