Amerika Birləşmiş Ştatlarının Azərbaycanda fəaliyyət göstərən səfirliyi rəsmi Bakının notasına cavab verib. Amerika Birləşmiş Ştatlarının Azərbaycanda fəaliyyət göstərən səfirliyi rəsmi Bakının notasına cavab verib.

ABŞ səfirliyi Azərbaycanın notasına cavab verdi

Amerika Birləşmiş Ştatlarının Azərbaycanda fəaliyyət göstərən səfirliyi rəsmi Bakının notasına cavab verib.

AzNews.az xəbər verir ki, səfirlikdən Sputnik Azərbaycan-a məlumat verilib:

"ABŞ-ın Dağlıq Qarabağa aid mövqeyi dəyişməyib. Nə ABŞ, nə də digər ölkələr, o cümlədən Ermənistan da de-fakto Dağlıq Qarabağ rejimini tanımır.

Birləşmiş Ştatlar ATƏT-in Minsk Qrupunun həmsədrlərinin prosesini dəstəkləyir və münaqişənin Helsinki Yekun Aktının – güc tətbiq etməmək, ərazi bütövlüyü, bərabər hüquqlar və xalqların öz müqəddəratını təyin etmə prinsiplərinə əsaslanan danışıqlar yolu ilə həll olunması istiqamətində fəaliyyətini davam etdirəcək.

Yekun Aktı prinsipləri — gücdən istifadə olunmaması, ərazi bütövlüyü, bərabər hüquqlar və xalqların öz müqəddəratını təyinetmə prinsiplərinə əsaslanan danışıqlar yolu ilə həll olunması üçün səylərini davam etdirəcək".

Xatırladaq ki, mart ayının 12-də ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və ona qondarma "Dağlıq Qarabağ Respublikası"nın rəhbəri Bako Saakyanın ABŞ-a səfəri və Konqresin inzibati binasında qondarma rejimi təbliğ edən tədbir keçirməsi ilə əlaqədar etiraz notası təqdim olunub.