“Hər kim nə deyir desin, Nizami Gəncəvi Azərbaycan türküdür”. “Hər kim nə deyir desin, Nizami Gəncəvi Azərbaycan türküdür”.

“Kim nə deyir desin, Nizami Gəncəvi türkdür”

“Hər kim nə deyir desin, Nizami Gəncəvi Azərbaycan türküdür”.

“Report” xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım Milli Məclisdə parlament sədri Oqtay Əsədovla keçirdiyi görüş zamanı deyib.

“Nizami Gəncəvi Azərbaycan türküdür və Gəncədə doğulub. Belə bir dahi şəxsin adına beynəlxalq tədbirin təşkil olunmasını alqışlayıram. Ona görə də bu tədbirdə iştirak etmək istədim”, - deyə, baş nazir vurğulayıb.

Qeyd edək ki, B.Yıldırım VI Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycana səfərə gəlib. Forum Forum Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə keçirilir.

AzNews.az