Erməni havasına oynaYANlar...

"Diktatoru tanıdaq" kimi axmaq aksiyanın layihə müəllifi Leyla Yunusdur

Leyla Yunusun dələduz olduğu, ermənilərə çalışdığı və Azərbaycana nifrət etdiyi artıq bir aksiomadır. Yəni bunun isbata gərəyi yoxdur. Onun ölkəmizə qarşı düşmən mövqe sərgiləməsi, bu yolda bütün çirkablara baş vurması dəfələrlə sübut olunub. Leyla Yunus kimi cılız adamları yenidən gündəmə gətirmək, bununla onu “şərəfləndirmək” niyyətində deyilik. Bu dəfə söhbət başqa cürdür.

O cür ki, birbaşa və ya dolayısı ilə erməni lobbisinin, antiazərbaycan qüvvələrin parası ilə maliyyələşən, təlimatı ilə quyruq bulayan bir qrup gənc xarici ölkələrdə Azərbaycana, onun Prezidentinə qarşı çirkin kampaniya aparır. Beyinləri manqurtlaşdırılan bu gənclər “Diktatoru tanıdaq” şüarı ilə Avropa küçələrində erməni havası çalıb-oynayırlar. Nəyə görə erməni havası dedim? Bir neçə gün əvvəl Amerikada yaşayan emənilər də oxşar aksiya keçirdilər. Azərbaycanı, onun prezidentini aşağılamaq məqsədilə “Stop Aliyev”, “Diktator Aliyev” kimi şüarlar səsləndirdilər. Vətən xainləri statusunu haqq edən bizim bu bir para gənclərin də eyni şüarlarla müxtəlif ölkələrdə min cür hoqqadan çıxması erməni havası deyilmi? Üstəlik, bu ünsürlər zaman-zaman erməniləri müdafiə etməkdən belə, çəkinmirlər. Orduxan Temirxan adlı birinin ermənilərin vandal olmadığını, Qarabağdakı Azərbaycan qəbirlərini dağıtmadığını həyasızcasına dilə gətirməsi heç də uzaqda deyil.

Bu qaragüruhçu dəstə elə şüvənliklə, elə canfəşanlıqla danışır ki, sanki xaricdə yaşayan bütün azərbaycanlılar onlar kimi xalqına, millətinə, dövlətinə xain mövqedədir. Halbuki Azərbaycandan kənarda milyonlarla azərbaycanlı yaşayır və onlar heç vaxt bu bir qrup ünsürün sərsəm aksiyasına qoşulmurlar. Əvəzində, bütün belə sərsəm aksiyalarda hər zaman eyni sima, eyni şüar və eyni alçaqlıqları görürük. Amma nə fayda?! Erməni dığası ilə sonadək yol getmək mümkün deyil. Yarı yolda kürəkdən balta saplamağı çox yaxşı bilir onlar…

Bu gün xaricdə yaşayan, bununla belə, vətənini, millətini, dövlətini sevən yüzminlərlə gəncimiz var. Onlar intellektləri, dünyagörüşləri ilə ermənilərə, vətən xainlərinə qarşı “savaşır”lar. Ölkəmizi, millətimizi yaxşı mənada təmsil edirlər. Yeri gəldikdə, bu cür xainlik edən gəclərə və onların havadarlarına da öz yerlərini göstərirlər.

Məsələn, Çexiyada yaşayan Azərbaycanlı fəal gənc Zamiq Məmmədli öz “Facebook” səhifəsində maraqlı və çox ciddi bir faktı paylaşıb. Onun paylaşımını olduğu kimi təqdim edirəm:

“Bu "diktatoru tanıdaq" kimi axmaq aksiyanın layihə müəllifi Leyla Yunusdur. Bu, aydın məsələdir. Bu yaxınlarda Leyla Yunus "siyasi məhbuslara yardım" layihəsi üzrə NED-dən (National Endowment for Democracy) 94 000 EURO qrant alıb, bir soruşun, hansısa siyasi məhbus ailəsinə ondan 10 avro veribmi?.. Çalışın bu fitvaya getməyin, siz ortalığa düşürsünüz, bu dəllallar pul qazanırlar! Bu aksiyaya qoşulanlardan isə soruşuram: Leyla Yunusdan 94 min avronun hesabını soruşmağa cəsarətiniz çatırmı?.. Amma 5000 km uzaqdan camaata “tırka” verməyi gözəl bacarırsınız... Əhsən!

P.S. Leyla Yunus EED-dən də (European Endowment for Democracy) 60.000 avro kitabı üçün qrant alıb... (guya həbsdə olarkən Yunuslara verilən işgəncələr haqqında "xatirə dəftəri" və s. İstisnasız bütün hüquq müdafiəçiləri bilirlər ki, bunlara heç bir işgəncə verilməyib)... Siz də metroya, avtobusa 20 qəpik dərdi çəkin... Camaat "xatirə dəftəri" üçün 120 min manat qrant alır ey...”.

Bax belə. Məncə daha nəsə deməyə gərək yoxdur. Amma yazını Leyla ilə başlayıb, Leyla ilə bitirməyim Yunusyanı şərəfləndirəcək. Buna görə özümü qınayıram…

Elgün Mənsimov
AzNews.az