- Köhnə - Siyasət
- 15 Mart 2018 12:32
- 3 714
AŞPA Azərbaycana 33 müşahidə missiyası göndərir
Avropa Şurasının Parlament Assambleyası (AŞPA) Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün 33 nəfərlik nümayəndə heyəti göndərəcək.
APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib.
Nümayəndə heyətinin aprelin 10-da Bakıya gəlməsi gözlənilir.
Qeyd edək ki, prezident seçkiləri aprelin 11-də keçiriləcək.
AzNews.az