Aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərini Avropa Şurası Parlament Assambleyası tərəfindən yüksək qiymətləndiriləcəyini düşünürük. Aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərini Avropa Şurası Parlament Assambleyası tərəfindən yüksək qiymətləndiriləcəyini düşünürük.

“AŞPA seçkilərlə bağlı obyektiv mövqe sərgiləyəcək” - Deputat

Aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərini Avropa Şurası Parlament Assambleyası tərəfindən yüksək qiymətləndiriləcəyini düşünürük.

AzNews.az xəbər verir ki, bu barədə sechki-2018.az saytına açıqlamasında Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov deyib.

Azərbaycan ilə AŞPA arasında yüksək səviyyəli münasibətlərin olduğunu vurğulayan deputat deyib ki, Avropa Şurası Parlament Assambleyası prezident seçkilərini izləmək üçün Azərbaycana müşahidə missiyası göndərəcək: “Hesab edirik ki, AŞPA-nın müşahidə missiyası seçkilərlə bağlı obyektiv mövqe nümayiş etdirəcək”.

R.Hüseynov AŞPA-nın seçkilərə müşahidəçi göndərməsi prosesini də izah edib: “Seçkilərin keçirildiyi ölkə müşahidə missiyasının göndərilməsi üçün AŞPA-ya müraciət edir. AŞPA rəhbərliyi bu müraciət əsasında təşkilatın daxilində fəaliyyət göstərən siyasi qrup üzvlərindən ibarət komanda formalaşdırır. Müşahidə missiyası seçkiöncəsi vəziyyəti və seçki prosesini izləmək üçün ölkəyə səfər edir. Azərbaycana gələcək müşahidə missiyası da bu prinsiplər əsasında formalaşdırılıb. Müşahidə missiyasının tərkibində təmsil olunan şəxslərin böyük əksəriyyəti peşəkarlardır. Hesab edirik ki, AŞPA-nın müşahidə missiyası Azərbaycandakı seçkilərə obyektiv yanaşma sərgiləyəcək”.