- Köhnə - Siyasət
- 15 Mart 2018 21:55
- 5 723
Afrində ən son vəziyyət - Məhv edilən terrorist sayı 3500-ü ötdü
Türkiyə Silahlı Qüvvələri (TSQ) tərəfindən Suriyanın Afrin bölgəsində keçirilən “Zeytun budağı” əməliyyatında zərərsizləşdirilən terrorçu sayı 3525-ə çatıb.
AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, gün ərzində 15 kənd terrorçulardan azad edilib.
Bununla da əməliyyatın başladığı 20 yanvar tarixindən etibarən 41-i strateji ərazi, 208-i kənd olmaqla ümumilikdə 249 məntəqə terrorçulardan təmizlənib.