Milli Məclisin plenar iclası başladı

Milli Məclisin plenar iclası başlayıb.

“Report”un xəbərinə görə, Oqtay Əsədovun sədrliyilə keçirilən iclasda Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatı müzakirə olunacaq.

Hökumətin hesabatını Baş nazir Artur Rasi-zadə təqdim edəcək.

İclasda hökumət üzvləri (nazirlər, dövlət komitələrinin sədrləri) də iştirak edirlər.

AzNews.az